...

Gəncə Gənclər və İdman İdarəsinin rəisi işindən azad edilib

Siyasət Materials 23 May 2006 19:41 (UTC +04:00)

Gəncə şəhər Gənclər və İdman idarəsinin rəisi Jumalik Rəhimov vəzifəsindən azad edilib. Onun yerinə Mövsüm Hüseynov təyin olunub. Qeyd edək ki, Hüseynov əvvələr şəhər İcra hakimiyyəti aparatında yeniyetmələrələ iş şöbəsində çalışıb.

Yeni rəis bizimlə söhbətində bildirdi ki, hazırda idarədə təhvil-təslim işləri aparılır. Onun sözlərinə görə, eyni zamanda bir neçə yerli və xarici sahibkarla danışıqlar aparılıb və onlar şəhərin idman sektoruna sərmayə yatırmağı düşünürlər.

O ki, qaldı kadr dəyişikliyinə, Mövsüm Hüseynov qeyd etdi ki, hələ ki, heç bir işçi vəzifəsindən azad edilməyəcək. Əvvəlki kadrlarla işləniləcək.

Xəbər lenti

Xəbər lenti