...

AMİP Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı növbəti repressiya və zorakılıq aktını pisləyən bəyanat yayıb

Siyasət Materials 24 May 2006 13:44 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İran hakimiyyətinin Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı başlatdığı növbəti repressiya və zorakılıq aktını pisləyən bəyanat yayıb. Trend xəbər verir ki, bəyanatda İranın "İran" adlı qəzetində Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təhqir olunmasının kəskin etirazla qarşılanması göstərilib.

AMİP bəyan edir ki, heysiyyatı aşağılanmış azərbaycanlıların haqlı tələblərinə hüquqi müstəvidən yanaşmaq əvəzinə, rejimin zor tətbiq etməsi və dinc insanlara qarşı silah işlətməsi insan hüquq və azadlıqlarının kobud və açıq-aşkar pozulması deməkdir. Ordu hissələrinin Cənubi Azərbaycana yeridilməsi, kütləvi həbslər, təxribatlar və çoxsaylı insan tələfatları İran rejiminin azərbaycanlılara qarşı yürütdüyü ənənəvi siyasətin davamı olmaqla yanaşı, bu dövlətin irtica üzərində qurulduğunun bir daha əyani göstəricisidir.

AMİP Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın etizlarını haqlı sayır və bu mübarizəni dəstəklədiyini bəyan edir. Eyni zamanda dünyada yaşayan bütün soydaşlarımızı başalanan haqq və azadlıq mübarizəsinə dəstək verməyə çağırır.

Xəbər lenti

Xəbər lenti