...

İqtisadi siyasət daimi komissiyasının mayın 27-də növbəti toplantısı keçiriləcək

Siyasət Materials 26 May 2006 15:21 (UTC +04:00)

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının mayın 27-də növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə adıçəkilən komissiyadan bildiriblər.

Komissyanın iclasında "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının qanun layihəsi və "Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarında əlavələr və dəyişikliklərin edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

Müzakirələrdə komissiya üzvləri ilə yanaşı Milli Məclisin müvafiq şöbələrin əməkdaşları da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti