...

Qara dəniz dialoq və tərəfdaşlıq forumu çərçivəsində hövzə ölkələri QHT-lərinin görüşü keçiriləcək

Siyasət Materials 30 May 2006 15:15 (UTC +04:00)

İyunun 6-da Buxarestdə Qara dəniz ölkələrinin qeyri-hökumət təşkilatlarının görüşü keçiriləcək. Rumıniyanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, görüş Qara dəniz dialoq və tərəfdaşlıq forumunun iyunun 5-də Rumıniyada keçiriləcək sammiti çərçivəsində təşkil olunacaq.

QHT nümayəndələrinin görüşündə region ölkələrinin Milli Elmlər Akademiyası nümayəndələri də iştirak edəcək. İştirakçılar ətraf mühitin qorunması, böhranlı vəziyyətlərin idarə edilməsi, mədəniyyətlər arasında dialoqun aparılması və digər qlobal problemlərin həllində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək.

Qara dəniz dövlət və hökumət başçılarının sammiti başa çatan kimi bu ölkələrin ekspertləri arasında görüşün keçirilməsi planlaşdırılır. Görüşlər zamanı sammitdə qəbul olunmuş qərarların yerinə yetirməsi imkanları müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti