...

Tomris Azəri: "İyunun 9-da azərbaycanlılar Nyu-Yorkda BMT-nin ofisi qarşısında mitinq keçirəcəklər"

Siyasət Materials 8 İyun 2006 17:36 (UTC +04:00)
Tomris Azəri: "İyunun 9-da azərbaycanlılar Nyu-Yorkda BMT-nin ofisi qarşısında mitinq keçirəcəklər"

İyunun 9-da Nyu-Yorkda BMT-nin ofisi qarşısında azərbaycanlılar mitinq keçirəcək.

Bu barədə Trend ə Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəri bildirib.

Qeyd edək ki, aksiya Amerika-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə keçiriləcək. Tədbirdə İranda azərbaycanlılara qarşı göstərilən təzyiqlər, onların aksiyalarının dağıdılması və zorakılıqlar pisləniləcək. T.Azərinin sözlərinə görə aksiyanın keçirilməsi ilə bağlı artıq on gün əvvəl Nyu-York şəhər rəhbərliyindən icazə alınıb.

T.Azəri həmsinin qeyd edib ki, bundan əvvəl ABŞ Dövlət Departamenti qarşısında azərbaycanlılar aksiyalar keçiriblər. İranda azərbaycanlıların öldürülməsinə etirazlar bildirilib. ABŞ Dövlət Departamentinə müraciətlər təqdim olunub. BMT-nin İnsan hüquqları konvensiyasının pozulduğu bildirilib: "Azərbaycanlılarla bağlı belə hadisələr baş verən zaman planlaşdırılmadan tədbirlər keçiririk, buna öz etirazımızı bildiririk. İyunun 9-da növbəti belə aksiya keçirəcəyik".

Xəbər lenti

Xəbər lenti