...

Gülçöhrə Məmmədova: Bakının yeni baş planının tezliklə hazırlanmasının vaxtı çatıb

Siyasət Materials 14 İyun 2006 19:26 (UTC +04:00)
Gülçöhrə Məmmədova: Bakının yeni baş planının tezliklə hazırlanmasının vaxtı çatıb

Hazırda Azərbaycan Mühəndis İnşaat Universiteti (AMİU) respublikada Bakını müasir dövrlə ayaqlaşan paytaxta çevirmək iqtidarında olan kifayət qədər kadr potensialına malik yeganə mərkəzdir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, AMİU-nun rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədova iyunun 14-də Azərbaycan paytaxtının inkişaf perspektivlərinə həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, gur iqtisadi artımı nəticəsində Bakı sürətlə tikilsə də, şəhərsalma qaydalarına ciddi riayət etməyin vaxtı gəlib çatıb. AMİU-nun rektoru qeyd edib ki, Bakınn köhnə baş planı artıq mövcud həqiqətləri əks etdirmir və yenisinin hazırlanmasına ehtiyac var. "Hər şəhərin baş planında ortamüddətli perspektivdə onun inkişaf məsələləri nəzərdə tutulur" - deyə G.Məmmədova əlavə edib.

"Şəhərin tarixi hissəsi qorunub saxlanılmalıdır və Bakının bu hissəsinin yenidən tikilməsi kökündən səhvdir" - deyə rektor vurğulayıb.

Xəbər lenti

Xəbər lenti