...

"Yeni Siyasət" siyasi blok kimi sentyabrdan fəaliyyətə başlayacaq

Siyasət Materials 21 İyun 2006 13:23 (UTC +04:00)

"Yeni Siyasət" Siyasi Blokunun strukturu və fəaliyyət istiqamətləri sentyabrda keçiriləcək geniş toplantıda müəyyən olunacaq. Bu barədə Trend ə blokun həmtəsisçisi Eldəniz Quliyev məlumat verib.

E.Quliyevin sözlərinə görə, həmin toplantıda blokun mübarizəsinin fəlsəfəsi, prinsipləri müəyyən olunacaq və "Yeni Siyasət" siyasi blok kimi fəaliyyətə başlayacaq. Bu il keçiriləcək bələdiyyə seçkilərinə gəlikdə, E.Quliyev bildirib ki, blokun Koordinasiya Şurası bu məsələni müzakirə edəcək və müvafiq qərar verəcək: "Mənim fikrimcə, bu seçkidə iştirak etməyin mənası yoxdur. Blokda hələ ki, bu barədə müzakirələr aparılmayıb. Blokun Koordinasiya Şurası yaxın günlərdə yığışacaq və öz qərarını verəcək. Şəxsən mən seçkidə iştirakın tərəfdarı deyiləm".

Xəbər lenti

Xəbər lenti