...

MSK sədri: "Bələdiyyə üzvlüyünə namizədlərə KİV-lərdə pulsuz təbliğat aparmaq imkanı yaradılmayacaq"

Siyasət Materials 8 Avqust 2006 13:07 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edən namizədlərə təşviqat dövründə KİV-lərdə pulsuz təbliğat aparmaq imkanı yaradılmayacaq. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, Seçki Məcəlləsinin tələblərinə görə, ölkə üzrə bütün bələdiyyələrin yarısından çoxunda namizədləri olan siyasi partiyalara, partiyalar blokuna kütləvi informasiya vasitələrində (televiziya, qəzet) pulsuz təbliğat aparmaq, çıxışlar etmək, təbilğat materiallarını yerləşdirmək imkanı verilir. Lakin bu imkan oktyabrda keçiriləcək seçkidə bələdiyyə üzvlüyünə namizədlərə şamil edilmir: "Çünki ölkə üzrə bütün bələdiyyələrin sayı 2700-dən çoxdur. Onun yarısı təxminən 1400 bələdiyyə edir. Bu il oktyabrın 6-da seçkisi keçiriləcək bələdiyyələrin sayı isə 604-dür. Ona görə də bu dəfəki seçkidə belə bir əngəl var" - deyə MSK sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti