...

Dövlət Gömrük Komitəsinin başçısı: "Azərbaycanın dəniz gömrük xidməti təkmilləşdirilməlidir"

Siyasət Materials 6 Dekabr 2006 15:18 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin başçısı: "Azərbaycanın dəniz gömrük xidməti təkmilləşdirilməlidir"

Azərbaycanın dəniz gömrük xidməti sona qədər təşkil olunmayıb. Trend məlumat verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin başçısı Aydın Əliyev bəyanat verib.

O qeyd edib ki, gələn il Azərbaycan ekspertlərindən ibarət qrup bu sahədə Türkiyənin təcrübəsini öyrənmək məqsədilə ora yola düşəcək. Lakin bu işin lazımi səviyyədə təşkil olunması üçün Azərbaycanın dəniz gömrük xidmətinin dəniz nəqliyyatı vasitələrinə ehtiyacı var.

A.Əliyev bildirib ki, bununla əlaqədar olaraq müxtəlif şirkətlərlə danışıqlar aparılır və lazım olan katerlər əldə olunduqdan sonra bu sahədə iş lazımi səviyyədə olacaq.

Xəbər lenti

Xəbər lenti