...

Səfir: " ABŞ Azadlığa Dəstək Aktına 907 -ci düzəlişin əleyhinədir"

Siyasət Materials 6 Dekabr 2006 15:21 (UTC +04:00)
Səfir: " ABŞ Azadlığa Dəstək Aktına 907 -ci düzəlişin əleyhinədir"

Trend in verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders səfirliyin qaçaqmalçılığa qarşı mübarizə üçün 2 avtomobilin və xüsusi əmlakın Azərbaycan kömrük xidmətinə təhvil verməsinə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, kömrük xidməti 21-ci əsrdə çox böyük rol oynayır. Kömrükçülər milli maraqlar naminə terrorizm, qaçaqmalçılıq, saxta mallara qarşı mübarizə aparır. Ona görə də Azərbaycan kömrük xidmətinin öhdəsinə xüsusi məsulliyyət düşür. Səfir vuğulayıb ki, Azərbaycanın kömrük xidməti qısa vaxt ərzində müəyyən inkişafa nail olub. Ölkə bu sahədə Avropa standartlarına əməl etmək arzusunu nümayiş etdirir.

E.Derst həmçinin söyləyib ki, tezliklə ABŞ kömrük xidmətinin xüsusi təmsilçiləri Azərbaycana gələcək və ölkələr arasında bu sahədə əməkdaşlığa dair müqavilələrin imzalanması gözlənilir. Bundan əlavə, ABŞ 2007-ci ildə Azərbaycana tək kömrük xidmətində yox, başqa sahələrdə də öz köməyini göstərəcək. O, vurğulayıb ki, ABŞ Azadlığa Dəstək Aktına 907-ci düzəlişə münasibətdə mövqeyini dəyişməyib və rəsmi Vaşinqton hər hansı düzəlişin əleyhinədir.

Xəbər lenti

Xəbər lenti