...

11 ay ərzində narkotiklərlə bağlı 2129 cinayət faktı qeydə alınıb

Siyasət Materials 23 Dekabr 2006 11:30 (UTC +04:00)

Cari ilin 11 ayı ərzində Azərbaycanda narkotiklərlə bağlı 2129 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Narkomanlığa və Narkotik Iasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat veriliib.

Həmin cinayət faktlarından 706-ı satışla bağlıdır.

Qeyd olunan dövrdə ayrı-ayrı şəxslərdən 509 kiloqram 685 qram narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 45 kiloqram 412 qram heroin, 120 kiloqram 933 qram tiryək, 210 kiloqram 449 qram həşiş, 125 kiloqram marixuana, 522 həb psixotrop dərman preparatları, 10,8 qram sirkə anhidridi, 0,53 qram metadon, 7 kiloqram 880 qram xaş-xaş samanı götürülüb.

Xəbər lenti

Xəbər lenti