...

Azərbaycan və Gürcüstan qış dövründə qaz tədadükü ilə bağlı razılaşdılar

Siyasət Materials 25 Dekabr 2006 16:12 (UTC +04:00)
Azərbaycan və Gürcüstan qış dövründə qaz tədadükü ilə bağlı razılaşdılar

Trend xəbər verir ki, bu gün Bakıda keçirilən danışıqların nəticəsi olaraq Azərbaycan və Gürcüstan qış dövründə Gürcüstana sutkada 1 mln. kub metr qaz tədarük edilməsi barədə razılaşıblar.

Azərbaycan hökuməti ilə danışıqları Gürcüstanın baş naziri Zurab Noqaideli aparıb.

Danışıqlar çərçivəsində həmçinin ökələr arasında enerji mübadiləsi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik ötürmə xətti tikintisi və Azərbaycanın Gürcüstan ərazisində elektrik stansiyanın tikintisində iştirakı məsələləri də müzakirə edilib.

Gürcüstan baş naziri ilə yanaşı heyətə energetika naziri Nika Qilauri, iqtisadiyyat naziri Giorgi Arveladze və qaz-neft korporasiyasının prezidenti Aleko Xetaquri daxil olub.

Xəbər lenti

Xəbər lenti