...

Pekində "Şuşa" mədəniyyət mərkəzi açılıb

Siyasət Materials 26 Dekabr 2006 14:58 (UTC +04:00)
Pekində "Şuşa" mədəniyyət mərkəzi açılıb

Bu gün dünya Azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi yaxınlığında "Şuşa" mədəniyyət mərkəzinin açılışı keçirilib. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev xəbər verib.

Mərasimdə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Li Min, Çinin XİN-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə şöbəsinin rəhbəri Sin Fanfan, Pekinə təyin olunmuş diplomatik korpusların nümayəndələri, Pekində təhsil alan azərbaycanlı tələbələr, Çində işləyən azərbaycanlı sahibkarlar iştiak edib.

Səfir qeyd edib ki, mərasimdə Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, Azərbaycanın Şuşa şəhərinin qədim mədəni mərkəz olması barədə məlumat verilib.

Mərkəzdə Azərbaycan rəssamlarının əsərləri, milli kostyumlar və musiqi alətləri sərgilənib. Həmçinin Pekində yaşayan azərbaycanlı ailələrin uşaqları üçün "Azərbaycan məktəbi" sinif otağı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti