...

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yürüş-mitinqinə icazə verib

Siyasət Materials 24 Yanvar 2007 17:00 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yanvarın 28-də keçirəcəyi yürüş-mitinqə icazə verib. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.

Şəhər rəhbərliyi Müsavat Partiyasının yanvarın 28-də saat 16.00-dan 18.00-dək metronun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq M.Hadi küçəsindən keçməklə Ukrayna dairəsində mitinq keçirməsini məqsədəmüvafiq hesab edib.

Qeyd edək ki, müxalifətçi Müsavat Partiyası Azərbaycanda qiymət artmına etiraz olaraq mitinq keçirəcək.

Xəbər lenti

Xəbər lenti