...

Prezidentin mətbuat katibi: Azərbaycan və Fransa arasındakı münasibətlər bütün istiqamətlərdə çox uğurla inkişaf edir

Siyasət Materials 1 Fevral 2007 18:24 (UTC +04:00)

Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Jak Şirakın imzaladığı birgə bəyannamədə Fransa başçısının bu ilin birinci yarısında Bakıya rəsmi səfər etmək niyyəti haqqında fakt qeyd olunub. Trend xəbər verir ki, bu barədə bu gün prezident İlham Əliyevin Parisə dövlət səfərinin yekunlarına həsr olunmuş mətbuat brifinqində Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Fransa arasındakı münasibətlər bütün - siyasi, iqtisadi, humanitar, mədəni istiqamətdə çox uğurla inkişaf edir.

Azərbaycan prezidentinin Fransa səfərinə böyük önəm verilib. Hər il Fransaya ən çoxu 3 dövlət səfəri olur. Ötən il onların sayı iki olub. İ.Əliyev Fransaya dövlət səfəri edib, bu isə bir daha səfərə böyük önəmin verildiyini xəbər verir.

A.Qasımov qeyd edib ki, hazırda ölkələr arasında siyasi dialoq da uğurla davam edir. Səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub. Birgə bəyannamədə qeyd olunduğu kimi, Fransa Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir, bu isə əhəmiyyətli faktdır.

İqtisadi məsələlər üzrə danışıqlar da müsbət nəticə verib. O cümlədən, 6 təyyarənin alınması haqqında saziş bağlanıb. Fransa şirkətləri səfərə böyük maraq göstəriblər. Gələcəkdə, xüsusilə də qeyri-neft sektorunda iqtisadi münasibətlərin inkişafı istiqamətində əməli addımların atılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti