...

Nazir: Azərbaycan "quş qripi"nə yoluxması ehtimal olunan mərhumun analizlərinin nəticələrini gözləyir

Siyasət Materials 8 Fevral 2007 14:11 (UTC +04:00)
Nazir: Azərbaycan "quş qripi"nə yoluxması ehtimal olunan mərhumun analizlərinin nəticələrini gözləyir

Trend xəbər verir ki, cümə axşamı Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, yaxın günlərdə Azərbaycanın Neftçala rayonu Boyaq kənd sakini, 1969-cu il təvəllüdlü mərhum Zəminə Zeynalovanın analiz nümunələri ilə bağlı laborator rəylər alınacaq.

Onun sözlərinə görə analiz nümunələri əlavə laborator tədqiqatlar üçün Ümumdünya Səhiyyə Təşkilatının PCR laboratoriyasına göndərilib.

Z.Zeynalova fevralın 2-də "quş qripi" virusuna yoluxması ehtimalı ilə Ağ ciyər elmi tədqiqat intitutuna yerləşdirilmişdi. Lakin Azərbaycanda aparılan laborator tədqiqatlar onun "quş qripi" virusuna yoluxmasını təsdiqləməmişdi. Mərhuma həkimlər tərəfindən ilkin qoyulan diaqnoz - ikitərəfli pnevmaniya olub.

Xəbər lenti

Xəbər lenti