...

"Azadlıq" bloku ADP adından blokda Sərdar Cəlaloğlunun təmsil olunmasına üstünlük verdi

Siyasət Materials 14 Fevral 2007 17:29 (UTC +04:00)

"Azadlıq" bloku Azərbaycan Demokrat Partiyasının (ADP) blokda Sərdar Cəlaloğlu tərəfindən təmsil olunmasını qərara alınb. Trend in məlumatına görə, bu barədə qərar blokun Sədrlər Şurasının fevralın 14-də keçirilən toplantısında çıxarılıb.

Blokun Sədrlər Şurası qərara alıb ki, ADP daxilindəki ziddiyyətlər partiyanın bütövlüyünə xələl gətirmədən, qarşılıqlı anlaşma ilə aradan qaldırılmalıdır. Sədrlər Şurası bəyan edib ki, ADP götürdüyü rəsmi öhdəliyə görə, "Azadlıq" blokunun mövqeyindən fərqli siyasət yürüdə bilməz. Həmçinin blok ADP Nizamnaməsinin bir neçə bəndini, Rəsul Quliyevin şəxsən blokda təmsil oluna bilmədiyini, Sərdar Cəlaloğlunun bundan sonra ADP sədrliyinə iddialı olmayacağı barədə bəyanatını nəzərə alaraq "Azadlıq" blokunda Akif Şahbazovun deyil, S.Cəlaloğunun təmsilçiliyinə üstünlük verilib.

Qeyd edək ki, "Azadlıq" blokunun üzvü olan ADP-nin hakimiyyətlə siyasi dialoqa və konktruktivliyə üstünlük vermək barədə qərarından sonra partiyada ikitirəlik, qarşıdurmalar yaranıb və lider Rəsul Quliyev və onun tərəfdarları Sərdar Cəlaloğlunun yeni mövqeyinə etiraz edirlər.

Xəbər lenti

Xəbər lenti