...

Marneulidə Azərbaycan dilində FM radio stansiyası fəaliyyət göstərəcək

Siyasət Materials 19 Fevral 2007 17:13 (UTC +04:00)

Gürcüstanda ilk dəfə olaraq azərbaycanlıların ən çox yaşadığı Marneulidə Azərbaycan dilində yayımlanacaq icma radiosu fəaliyyət göstərəcək. Trend in Tbilisidəki xüsusi müxbirinə Gürcüstanın ictimai radiosundan verilən məlumata əsasən, yayımlanma FM diapazonunda həyata keçiriləcək. İcma radiosunun yayımlanması arealı yalnız Marneulini əhatə edəcək.

BBC-dünya xəbərləri, həmçinin "Re" studiyası və Avropa Komissiyası və başqa beynəlxalq təşkilatların maliyyə yardımı ilə IREX-Avropa beynəlxalq təşkilatının proqramı əsasında həyata keçirilir. Radio üçün aparıcılıar yerli sakinlər arasından seçilib. Marneulidə icma radiosu yerli və region xəbərləri təqdim edəcək. Müsabiqə yolu ilə seçilmiş aparıcılar efiri özlərini təqdim etmək üçün yerli musiqi kollektivləri və ifaçılarının ifaları ilə doldurmaq niyyətindədir.

Qeyd etmək lazımdır ki, hələlik Gürcüstandakı azərbaycanlılar məlumatları doğma dildə yalnız "Moambe" ictimai teleyayımının radio versiyasının yarım saatlıq verilişindən əldə edir. "Fikirləşirik ki, doğma dildə məlumat almaq - bu ictimaiyyətin sifarişidir və biz, ictimai radionun birinci kanalı bu sifarişi yerinə yetiririk", deyə ictimai radionun birinci kanalının direktoru Tinatin İzoriya Trend ə bəyan edib. Analoji layihə ermənilərin məskunlaşdığı Ninotsmindada fəaliyyət göstərəcək. Marneuli və Ninotsmindada icma radioları ictimai radionun Gürcüstanın kommunikasiya üzrə milli komissiyasından lisenziyaya icazənin almasından dərhal sonra fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti