...

XİN rəhbəri – Rusiya Kosovo statusu üzrə hər hansı bir qərarın zorla qəbul etdirilməsinə qarşıdır

Siyasət Materials 22 Fevral 2007 17:54 (UTC +04:00)
XİN     rəhbəri   –   Rusiya     Kosovo     statusu     üzrə     hər     hansı     bir     qərarın     zorla     qəbul     etdirilməsinə     qarşıdır

Rusiya Kosovo statusu üzrə hər hansı bir qərarın zorla qəbul etdirilməsində iştirak etməyəcək. Bu barədə bu gün Rusiyanın XİN rəhbəri Sergey Lavrov bəyan edib. http://lenta.ru/-nun məlumatına əsasən, "Kosovo ilə bağlı qərarı yalnız dövlətlərin özləri qəbul edə bilər. Bu qərarı heç kəs zorla qəbul etdirə bilməz. Rusiya bu sxemin tərkib hissəsi olmayacaq", deyə Almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında nazir bildirib.

"Bizim ümumi məqsədimiz - tərəfləri (Kosovo münaqişəsi tərəfləri) razılığa gəlmək üçün həvəsləndirməkdir. Bu cür razılıq olmadan hər hansı bir qərar, harada tətbiq olunmasından asılı olmayaraq, dayanıqlı sülh gətirə bilməz", Lavrov əmindir.

Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, Ştaynmayerlə bu günkü görüşdə tərəflər Qafqazda problemlərin həll olunmasına təşəbbüs göstərməyə qarşılıqlı arzularını bildirib. "Biz, əsasən Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparmışıq. Bu olduqca zərif mövzudur və burada tərəflərlə həmişə birgə işləyən üç vasitəçinin rolu Bakı və Yerevana həm Azərbaycan, həm də Ermənistanda böyük dəstəyə səbəb olacaq razılıq əldə etməyə köməklik göstərməkdən ibarətdir" - İnterfaks nazirdən sitat gətirir. Lavrovun fikrincə, "bunun üçün imkanlar var".

Yaxın Şərqdəki vəziyyətə toxunan Lavrov qeyd edib ki, "bu mexnizmin dörd əsas oyunçularının hamısında bir-birinin kollektiv iş istiqamətinə yönələn rəyinə, qiymətləndirmələrinə, təkliflərinə fikir vermək arzusu daha da artır".

Xəbər lenti

Xəbər lenti