...

Azərbaycanın yeni İnzibati-Prosessual Məcəlləsi hazırlanıb

Siyasət Materials 7 Mart 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Milli Məclisin yaz sessiyasında İnzibati-Prosessual Məcəllənin layihəsi müzakirəyə çıxarılacaq. Artıq qanun layihəsinin son variantı hazırdır. Milli Məclisdən bildirilib ki, 120 maddədən ibarət olan məcəllə hazırlanarkən Almaniyanın bu sahədəki qanunvericiliyindən istifadə olunub. İnzibati-Prosessual Məcəllənin bu il qəbul olunacağı və 2008-ci ildən "İnzibati İcraat haqqında" qanunla birgə qüvvəyə minəcəyi nəzərdə tutulub. Məcəllədə inzibati mübahisələrə baxacaq məhkəmələrin də dairəsi müəyyənləşdirilib. Belə ki, bu sahədə yaranacaq mübahisələrə apellyasiya məhkəmələrində və Ali Məhkəmədə yaradılacaq İnzibati Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyaları tərəfindən baxılacaq. Apellyasiya məhkəmələri bu sahədəki əksər mübahisələr üzrə birinci instansiya məhkəməsi qismində çıxış edəcək. Bir qisim mübahisələrə isə birinci instansiya məhkəməsi kimi Ali Məhkəmə baxacaq. "İnzibati icraat haqqında" qanunun bu il qüvvəyə minməsi nəzərdə tutulsa da, İnzibati-Prosessual Məcəllənin hazırlanmaması səbəbindən qanunun hüquqi qüvvəsi dayandırılıb.

Xəbər lenti

Xəbər lenti