...

Türkmənistan prezidenti Azərbaycan prezidentinə zəng edib

Siyasət Materials 13 Mart 2007 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Martın 13-də Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti xəbər verir.

Türkmənistan dövlət başçısı prezident seçilməsi münasibətilə göndərdiyi təbrikə görə İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu, bunun üçün konkret layihələrin həyata keçirilməsinə hazır olduğunu qeyd edib.

İlham Əliyev öz növbəsində Azərbaycanın Türkməsitanla əməkdaşlığın inkişafına hazır olduğunu qeyd edib. Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti