...

ATƏT Azərbaycan rəhbərliyini sərbəst toplaşmaq azadlığı haqqında qanuna yenidən baxmağa çağırıb

Siyasət Materials 15 Mart 2007 13:11 (UTC +04:00)
ATƏT Azərbaycan rəhbərliyini sərbəst toplaşmaq azadlığı haqqında qanuna yenidən baxmağa çağırıb

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Azərbaycan hökuməti "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna yenidən baxmalıdır və ATƏT qarşıdan gələn prezident seçkiləri ərəfəsində bu məsələyə diqqətini artıracaq. Bu bəyanatla ATƏT-in Bakı ofisinin yeni rəhbəri Xerero Ansola jurnalistlərlə görüşündə çıxış edib.

Bu qanunda ciddi texniki problemlər var və onlar mitinq və piketlərin keçirilməsinə icazənin verilməsi səlahiyyətinin icra hakimiyyətinin yerli orqanlarında olması ilə əlaqədardır. Onun sözlərinə görə, ATƏT ölkə hökumətinin diqqətinə bu məsələ ilə bağlı narazılığını çatdırıb və bu, seçkilər ərəfəsində daha aktual olacaq.

ATƏT-in Bakı ofisinin rəhbəri həmçinin iqtidar və müxalifət arasında dialoqun davam etdirilməsi üçün texniki dəstək göstərməyə hazır olduğunu bildirib. Ansolanın sözlərinə görə, Azərbaycanda söz azadlığı və məhkəmə prosesləri ilə bağlı vəziyyət ATƏT-in diqqət mərkəzindədir. "Biz söz azadlığının təmin olunması ilə bağlı hökumətə öz məsləhətlərimizi təqdim etmişik və bu sahədə hökumətdən həlledici addımlar gözləyirik", - deyə diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti