...

Azərbaycan Meksika və Argentinada səfirlik açacaq

Siyasət Materials 23 Mart 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycan yaxın zamanlarda Meksika və Argentinada öz diplomatik nümayəndəliyini açacaq. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 22-də Vaşinqtonda Amerika Dövlətləri Təşkilatının (ADT) baş katibi Xose Miqel İnsulza ilə görüşündə bildirib.

Azərbaycanın xarici işlər nazirliyindən verilən məlumata görə, tərəflər Azərbaycan və Latın Amerikası ölkələri arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. İnsulza E.Məmmədyarovu ADT-nin Baş Assambleyasının Panamada keçiriləcək iyun sessiyasına dəvət edib. Sessiyada energetika məsələlərinə xüsusi yer ayrılacağını bildirən baş katib, bu mövzularda Azərbaycanla məsləhətlşmələrin vacibliyini vurğulayıb.

Tərəflər həmçinin ADT və Azərbaycanın hazırda sədrlik etdiyi İslam Konfransı Təşkilatı arasında əməkdaşlıq imkanlarından danışıblar.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədrləri Solomon Otriz və Bill Şuşerlə də görüşüb. Siyasi məzmunlu məsələlər, regionda neft-qaz layihələrinin reallaşdırılması perspektivləri müzakirə olunub. E.Məmmədyarov konqresmenləri Azərbaycana birbaşa hökumət yardımını qadağan edən "Azadlığa dəstək aktı" 907-ci düzəlişin ləğv olunması istiqamətində fəalliyət göstərməyə çağırdı.

Azərbaycan xarici işlər nazirinin ABŞ-a səfəri martın 23-də sona çatır.

Xəbər lenti

Xəbər lenti