...

Suriya prezidenti Azərbaycana rəsmi səfərə dəvət olunub

Siyasət Materials 12 Aprel 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Azərbaycan prezidenti İlham Əliyev Suriya prezidenti Bəşər əl-Əsədi Bakıya rəsmi səfərə dəvət edib. Müvafiq məktubu Suriyada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Suriyanın dövlət başçısı ilə görüşdə təqdim edib.

SANA-ya istinadən Trend xəbər verir ki, görüş zamanı beynəlxalq, regional və tərəflərin maraqlarına aid məsələlər müzakirə olunub. Ölkələr arasında ümumi maraqara xidmət edən bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycanın xarcici işlər naziri həmçinin Suriya Ticarət Palatasının sədri Çassan əl-Qalla ilə iqtisadiyyat və ticarət sahəsində ölkələrarası əməkdaşlığın inkişafı barədə müzakirələr aparıb.

Suriya - Azərbaycan İşadamları Şurasının yaradılması məsələsinə baxılıb. Şuranın məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarət dövrüyyəsinin yaxşılaşdırılması, sərgilərin keçirilməsi və birgə layihələrin genişləndirilməsi olacaq. Hər iki tərəf iqtisadi əməkdaşlığın inkişafını, ticarət və birgə investisyaların artırılması istəyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti