...

Azərbaycanın müxalifət bloku seçki sisteminə dair təkliflər layihəsi hazırlayıb

Siyasət Materials 21 Aprel 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqız?/ "Azadlıq" bloku bu il üçün özünün fəaliyyət planını hazırlayıb. Bu barədə blokun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev açıqlama verib.

Fəaliyyət planı blokun Məclisi tərəfindən təsdiq ediləcək. "Azadlıq" bloku həmçinin seçki sisteminin təkmilləşdirilməsi, seçki komissiyalarının formalaşdırılması qaydalarına dair özünün təkliflərini hazırlayıb. Əliyev qeyd edib ki, bu təkliflər layihəsi ictimai müzakirəyə çıxarılacaq, sonra Azərbaycanın aidiyyatlı dövlət orqanlarına və Avropa Şurasının Venesiya Komissiyasına təqdim ediləcək.

Əliyev onu da deyib ki, "Azadlıq" blokunda təmsil olunan üç partiyadan ikisi hazırda qurultayına hazırlaşır. Liberal Partiyanın qurultayı iyunda, Xalq Cəbhəsi Partiyasının qurultayı isə payızda olacaq.

Qeyd edək ki, "Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti