...

Böyük Quruluş Partiyasının sədri: "Azərbaycanda siyasi partiyaların ittifaqının perspektivini görmürəm"

Siyasət Materials 4 May 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyası (BQP) heç bir siyasi bloka və ya ittifaqlara qoşulmayacaq. Bu barədə partiyanın sədri Fazil Qəzənfəroğlu açıqlama verib.

O, qeyd edib ki, bu yaxınlarda müxalifətin "Demokratiya Uğrunda İttifaq" adlı qurumu yaradılarkən Böyük Quruluş Partiyası ilə danışıqlar aparılmayıb. Qəzənfəroğlunun sözlərinə görə, əgər BQP-yə müraciət edilsəydi belə, bu partiya həmin İttifaqa qoşulmayacaqdı: "Azərbaycanda bu gün siyasi qüvvələrin koalisiyalarının yaranması və uğurlu fəaliyyəti üçün real mühit yoxdur. Ona görə də mən bu ittifaqların, birliklərin perspektivini görmürəm" - deyə Qəzənfəroğlu bildirib.

Qəzənfəroğlu əlavə edib ki, BQP qarşıdan gələn prezident seçkiləri ərəfəsində bir sıra müxalifət partiyaları ilə ikitərəfli əməkdaşlıq edəcək. Hazırda isə BQP-yə "Azərbaycan Naminə Alyans"dan, Açıq Cəmiyyət Partiyasından əməkdaşlıqla bağlı təkliflər gəlib.

Müxalifətyönlü Böyük Quruluş Partiyasının sədri Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti