...

Teleradio Şurasının sədri:" Bu il Azərbaycanın regional telekanalları üçün yeni lisenziya dəyəri müəyyənləşəcək"

Siyasət Materials 10 May 2007 11:15 (UTC +04:00)
Teleradio Şurasının sədri:" Bu il Azərbaycanın regional telekanalları üçün yeni lisenziya dəyəri müəyyənləşəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın iki regional telekanalına - "Lənkəran TV" və "Aygün TV"yə yayım üçü lisenziya verilməsinin müddəti uzadılacaq. Bu barədə Trend ə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

Məhərrəmli qeyd ki, Azərbaycanda bütün telekanallar üçün vahid lisenziya dəyəri - 11 min manat müəyyənləşdirilib. Bu zaman regional telekanallar bütün ölkə ərazisinə yayımlanan kanallardan fərqləndirilməyib.

"Biz hesab edirik ki, ümumrespublika kanalları ilə regional kanalların lisenziya haqqında fərqlər olmalıdır. Buna görə də hökumətə təklif etmişik ki, regional kanalların ödəyəcəyi lisenziya dəyəri ümumrespublika kanallarından 4-5 dəfə az olsun. Hökumətdən cavab verilib ki, bu il dövlət büdcəsinə baxılarkən bu təklif nəzərə alınacaq".

Məhərrəmli qeyd edib ki, regional kanallar üçün yeni lisenziya dəyəri müəyyənləşdirildikdən sonra "Lənkəran" və "Aygın" TV-lərə lisenziya veriləcək: "Çünki biz istəmirik ki, maddi-texniki bazası çox aşağı səviyyədə olan regional kanallar belə yüksək məbləğ, yəni 11 min manat ödəsinlər. Yeni lisenziya dəyəri isə təxminən yay aylarında müəyyənləşdiriləcək" -deyə Məhərrəmli qeyd edib.

Xəbər lenti

Xəbər lenti