...

YAP icra katibinin müavini: "Növbəti parlament seçkilərinə qədər "Siyasi partiyalar haqqında" qanuna yenidən baxılmalıdır"

Siyasət Materials 4 İyun 2007 13:05 (UTC +04:00)
YAP icra katibinin müavini: "Növbəti parlament seçkilərinə qədər "Siyasi partiyalar haqqında" qanuna yenidən baxılmalıdır"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Növbəti parlament seçkilərinə qədər "Siyasi partiyalar haqqında" qanuna yenidən baxılmalıdır. Bu barədə bazar ertəsi Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"Çünki Konstitusiya qəbul olunduqdan və Seçki Məcəlləsinə əlavə və dəyişikliklər baş verdikdən sonra bu qanunun bir çox maddəsi yuxarıda qeyd etdiyim sənədlərlə üst-üstə düşmür. Ona görə də qanunda dəyişiklik etməyə ehtiyac var", -deyə millət vəkili əlavə edib.

Novruzovun sözlərinə görə, parlamentin yaz sessiyasının gündəliyinə "Siyasi partiyalar haqqında" qanunun müzakirəsi daxil edilmişdi. Deputat qeyd edib ki, adıçəkilən qanunla bağlı artıq alternativ təkliflər var və müzakirələr aparılır: "Bu dəyişikliklərdən biri də siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. Qanun layihəsindhə də bunun mümkünlüyü əksini tapıb".

Hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Həm iqtidar, həm də müxalifət bu qanunun yenidən qəbul olunmasının tərəfdarıdır.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti