...

MDB ölkələrinin prezidentləri oktyabr ayında birliyin yenidən formalaşdırılması konsepsiyasını müzakirə edəcəklər

Siyasət Materials 10 İyul 2007 16:51 (UTC +04:00)
MDB ölkələrinin prezidentləri oktyabr ayında birliyin yenidən formalaşdırılması konsepsiyasını  müzakirə edəcəklər

Çərşənbə axşamı RF-nin hökumət aparatının rəhbəri, baş nazirin müavini Sergey Narışkin jurnalistlərə bildirib ki, MDB-nin islah edilməsi konsepsiyası layihəsi birlik ölkələri prezidentlərinin oktyabrda keçiriləcək sammitində müzakirə olunacaq.

Onun sözlərinə görə, sənədə bir neçə mühüm tezis daxil olacaq: "Üstünlüyü MDB daxilində iqtisadi əlaqələrin inkişafına verməklə MDB çərçivəsində işləyən hər bir yaxşı şeyi qoruyub saxlamaq lazımdır", İTAR-TASS-ın məlumatında belə deyilir.

"Bununla əməkdaşlıq məhdudlaşmır, buraya həmçinin nəqliyyat və nəqliyyat infrastrukrurunun birgə inkişaf etdirilməsi və istifadəsi daxildir və şübhəsiz ki, MDB siyasi və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə edildiyi məkan olub və olacaq" - deyə Narışkin bildirib.

Xəbər lenti

Xəbər lenti