...

Müxalifətyönlü partiya Dövlət Komitəsini məhkəməyə verir

Siyasət Materials 11 İyul 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyası (BQP) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsini məhkəməyə verəcək. Bu barədə BQP sədri Fazil Qəzənfəroğlu məlumat verib.

Onun sözlərinə görə, BQP yaranandan bəri dörd il ərzində qərargahla təmin olunmayıb. Partiya qərargahla təmin olunması üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edib. Komitə BQP-yə Bakının səkkizinci mikrorayonunda yerləşən 16 mərtəbəli inzibati binada yer təklif edib. Lakin partiya bu təklifi qəbul etməyib. Qəzənfəroğlunun sözlərinə görə, tam təmirsiz, normal fəaliyyət üçün yararsız olduğu üçün həmin yerdən imtina ediblər.

Partiya Dövlət Komitəsindən məhkəməyə şikayət hazırlayır. Şikayətdə Dövlət Komitəsinin öz vəzifəsini yerinə yetirmədiyi üçün onun məsuliyyətinin müəyyən olunması tələb ediləcək.

Müxalifətyönlü Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri Fazil Qəzənfəroğlu Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti