...

Kiyevdə Gürcüstan Azərbaycanlılarının Milli Assableyasının Forumu keçirilib

Siyasət Materials 25 İyul 2007 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ 24-25 iyul tarixlərində Kiyevdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Forumu keçirilib. Bu barədə çərşənbə günü GAMA-dan məlumat verilib.

Toplantıda GAMA-nın Ukrayna, Rusiya, Slovakiya və Belarusda yaşayan faəl nümayəndələri, həmçinin məhsəti türklərinin nümayəndələri qatılıb. Ikigünlük forumda Gürcüstan hökumətinin Azərbaycan məktəblərinin bağlanması üzrə siyasəti haqqında məsələlər, məhsəti türklərinin vətənlərinə qayıtması, milli azlıqlara münasibətdə Saakaşvili rejiminin siyasəti, Gürcüstanda insan hüquqlarının diskriminasiyası və ölkədəki ictimai siyasi vəziyyət müzakirə olunub.

Forumda çıxış edənlər GAMA Forumununn hər yarımildə keçirilməsinin, gələcəkdə isə bu ölkə hüdudlarından kənarda yaşayan məhsəti türklərinin və Gürcüstan Azərbaycanlılarının Forumunun keçirlməsinin məqsədəuyğun olduğunu bildiriblər.

Forumda qeyd olunub ki, Gürcüstanda inzibati orqanlar, polis, prokurorluq və xüsusi xidmət orqanları tərəfindən insan hüquqları sahəsində kobud diskriminasiyaya yol verilir. Milli azlıqlar, xüsusilə azərbaycanlılar siyasi və sosial-iqtisadi diskriminasiyaya məruz qalırlar. Məhsəti türklərinin vətənlərinə qayıtmalarına mane olmaq üçün xüsusi siyasi əngəllər yaradılıb.

Xəbər lenti

Xəbər lenti