...

ACP bir neçə müxalifət partiyası ilə ikitərəfli sazişlər imzalayacaq

Siyasət Materials 26 İyul 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Açıq Cəmiyyət Partiyası (ACP) bir neçə müxalifət partiyası ilə ikitərəfli əməkdaşlıq sazişləri imzalayacaq. Bu barədə cümə axşamı Bakıda ACP sədri Akif Şahbazov məlumat verib.

O qeyd edib ki, razılıq əldə olunmasına baxmayaraq, partiyalarla yaxın vaxtlarda ikitərəfli sazişlərin imzalanması gözlənilmir.

"Bizim əsas məqsədimiz müxalifət partiyalarının daha geniş formatda bir araya gəlməsi və demokratik seçki mühitinin yaradılması üçün birgə fəaliyyət göstərilməsi və birgə mübarizə aparılmasını təşkil etməkdən ibarətdir. Hesab edirik ki, ikitərəfli əməkdaşlıqla heç nəyə nail olmaq mümkün deyil" - deyə ACP sədri əlavə edib.

Onun sözlərinə görə, ikitərəfli sazişlərin imzalanması ilə bağlı AMİP, Müsavat Partiyası, AXCP, ALP, Böyük Quruluş Partiyası və bir sıra qeyri-hökumət təşkilatları ilə müzakirələr aparıblar.

Sağ mərkəzçi müxalifət partiyası olan ACP 2007-ci ilin aprelində Azərbaycan Demokrat Partiyasından ayrılan şəxslər tərəfindən yaradılıb. Partiyanın lideri hazırda ABŞ-da mühacirətdə yaşayan Azərbaycan parlamentinin sabiq spikeri Rəsul Quliyev, sədri isə Şahbazovdur. Quliyev 1998-ci ildən 2007-ci ilin fevralına qədər ADP-yə rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti