...

Gəncədə kardioloji xəstələr 3 dəfəyə qədər artıb

Cəmiyyət Materials 18 Oktyabr 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində il ərzində 61 min 131 tibbi çağırış olub. Çağırış edənlərin 3 min 487 nəfəri kardioloji problemləri olanlardır, cümə axşamı Trend in bölgə müxbirinə Gəncə şəhər Təcili Tibbi Təxirəsalınmaz Stansiyasının baş həkimi Namiq Nəbiyev bildirib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə edilmiş ümumən 40 min 994 ədəd çağırışdan cəmi 1929-u ürək xəstələri olub.

"Son 5 ildə xəstəxanaya müraciət edənlərin içərisində kardioloji proeblemi olanlar üstünlük təşkil edir"- Nəbiyev deyib.

Baş həkim bildirb ki, tibbi çağırışların 672-i psixiatrik növlü, 158-i doğuş və hamiləlik patologiyalı, 970-i ambulator xidmətlə bağlı, 49 mini isə, qəfləti xəstəliklərlə əlaqəli olub. Hesabat dövründə bədbəxt hadisələrlə bağlı 431 müraciət edilib.

Xəbər lenti

Xəbər lenti