...

"Xəzər" FK-nın prezidenti: "Biz hakimin özbaşınalığına göz yuma bilmərik"

Cəmiyyət Materials 5 Noyabr 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ "Biz komandamıza qarşı münasibətdə hakimin özbaşınalığına göz yuma bilmərik". "Xəzər" futbol klubunun prezidenti Mais Mənsimov lənkəranlıların rəsmi saytında Azərbaycan çempionatında kollektivin demarş səbəblərini bu cür izah edib.

Trend in sayta istinadən verdiyi məlumata görə, Mənsimov qeyd edib ki, çempionun iştirakı ilə keçirilən bütün oyunlarda hakimlərin səhvləri baş verir və "Xəzər" rəhbərliyi yaranan vəziyyətə son qoymaq niyyətindədir. "Əgər yenə bu cür davam edəcəksə, biz birincilikdən xaric olana qədər radikal addımlar atacağıq. Lakin biz bütün bu məsələlərə son qoymaq üçün ilkin olaraq AFFA-ya məktubla müraciət etmək niyyətindəyik. Əgər hakimlər bundan sonra da ədalətsiz olsalar, biz çempionatla vidalaşacağıq" - deyə Mənsimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti