...

Azərbaycan Dram Teatrı "İrəvanda xal qalmadı" tamaşasını hazırlayır

Cəmiyyət Materials 15 Noyabr 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycan Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. Bu haqda TrendLife-a, teatrın mətbuat xidmətindən xəbər verilib. "İrəvanda xal qalmadı" adlı tamaşanın rejissoru xalq artisti Ağakişi Kazımov, rəssamı Tahir Tahirov, bəstəkarı Cavanşir Quliyevdir. Tamaşa Hidayət Orucovun eyni adlı əsəri əsasında hazırlanır. Əsas rollarda İlham Əsgərov, Bəsti Cəfərova, Mehriban Xanlarova, Kazım Həsənquliyev çıxış edəcəklər. Bəzi məlumatlara görə, Azərbaycan Dövlət Dram Teatrının binası bu ilin sonunadək təmirə bağlanacaq. Buna görə də tamaşanın premyerası başqa teatrın səhnəsində ola bilər.

Xəbər lenti

Xəbər lenti