...

Fotoqraf Rafiq Qəmbərov yubileyi üçün sərgi hazırlayır

Cəmiyyət Materials 6 Dekabr 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Fotoqraflar İttifaqının eks-sədri Rafiq Qəmbərov bu il özünün 60 illik yubileyini qeyd edəcək. TrendLife-ın müxbiri Rafq müəllimdən bu əlamətdar gün münasibəti ilə hansısa tədbir keçirəcəyi barədə soruşdu. "Artıq mənim boş vaxtım çoxdur. Özümə söz vermişəm ki, mart ayında şəxsi sərgimi keçirim. Sərgini "Uşaqlığımın küçəsi" adlandırmaq istəyirəm. Boya-başa çatdığım küçə haqqında məndə çoxlu material var. İndi həmin küçəni əlli il bundan əvvəlki ilə müqayisə etsək, hansı dəyişikliklərin olduğunu görmüş olarıq" - deyə o, öz fikirləri ilə bölüşdü.

Xəbər lenti

Xəbər lenti