...

Müğənni Ayaz şəxsi həyatından danışmağı sevmir

Cəmiyyət Materials 18 Dekabr 2007 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı

"8-104"verilişinin bu günkü qonağı xanımların sevimlisi gənc müğənni Ayaz oldu. Ayaz aparıcı Nəsib Nuru salamlayıb, daha sonra izləyicilərə həzin mahnı ərmağan etdi. Verilişə SMS göndərən tamaşıçılardan biri müğənnin nə vaxt evlənəcəyi barədə sual verdi. Ayaz şəxsi həyatından danışmağı sevmədiyini söylədi.

Yaradıcılığından söz açan Ayaz bunları söylədi: "Yeni mahnılar üzərində işləyirəm. Bəstəkar Rəhim Rəhimli ilə çalışıram. Yeni il çəklişlərindəyəm . İnanın , bu çəklişlərə görə gecələr də yatmıram. Bu gün cəmi iki saat yatmışam. "Səndən doya bilmirəm" mahnısına klip çəkdirmək niyyətindəyəm. Amma konsert vermək istəmirəm. Mən dünən müğənni Natəvanın dediklərilə razıyam ;verilən konsert yüksək səviyyədə olmalıdır".

Müğənni, demək olar ki, özünün bütün yeni mahnılarını eksklüziv olaraq, "8-104" verlişində təqdim etdi.

Xəbər lenti

Xəbər lenti