Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir Z.Səfərov / AFFA qarşıda duran Dünya Çempionatı-2010 seçmə dövrəsi üçün Azərbaycan yığmasının baş məşqçi məsələsini hələ həll etməyib.
Assosiasiyanın baş katibi Elxan Məmmədovun Trend ə bildirdiyinə görə, beş-altı namizəd var, lakin adlarını demək hələ tezdir. "İş ondadır ki, bir neçəsi ilə hələ ilkin danışıqlar başa çatmayıb, buna görə də adlarını demək qeyri-etikdir. Hər halda AFFA-nın hesabat-seçim konfransının başlanmasına vaxt var, bundan sonra məsələ həll olunmalıdır. Xüsusən də kfalifikasiyanın başlanmasına o qədər də çox vaxt qalmayıb" - Məmmədov deyib.
Komandaya Şahin Diniyevi əvəz edən makedoniyalı mütəxəssis Coko Hacıyevksi başçılıq edir.