...

Azərbaycanda ermənilərin törətdiyi soyqırımla bağlı abidə ucaldılıb

Cəmiyyət Materials 31 Mart 2008 12:58 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 31 mart / Trend , müxbir A.Qafarov/ Azərbaycanın Quba rayonunda martın 31-də azərbaycanlılara qarşı soyqırım faktı ilə bağlı ucaldılan abidənin açılışı olub.

31 mart Azərbaycanda- Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı, Quba və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Qubada ucaldılan soyqırım abidəsi səkkiz güşəlidir və qarşısında əbədi məşəl yanır. Abidənin tikintisinə ötən ilin noyabrından başlanılıb.

Xəbər lenti

Xəbər lenti