...

Azərbaycan Ombudsmanı jurnalistlərin azadlığa buraxılması üçün dövlət başçısına müraciət edəcək

Cəmiyyət Materials 7 Aprel 2008 12:45 (UTC +04:00)
Azərbaycan Ombudsmanı jurnalistlərin azadlığa buraxılması üçün dövlət başçısına müraciət edəcək

Azərbaycan, Bakı, 07 aprel / Trend ", müxbir K.Zərbəliyeva/ Azərbaycan Ombudsmanı həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün dövlət başçısına müraciət edəcək. Bu barədə bazar ertəsi jurnalistlərə Ombudsman Elmira Süleymanova məlumat verib.

Azərbaycanda 3 jurnalist həbsdədir. İndiyə qədər Obudsmanın müraciəti əsasında 219 məhkum azad olunub. Onlar arasında siyasi məhbus adlananlar və mətbuat işçiləri də olub.

Süleymanova ümid edir ki, həbsdə olan jurnalistlər növbəti əfv fərmanı ilə azadlığa buraxılacaqlar. Ombudsmanın sözlərinə görə, aclıq edən jurnalistlərinin tələblərindən biri olan siyasi məhbusların müdafiə mexanizmlərinin hazırlanmasına baxılır.

Jurnalistlərin martın 27-dən əvəzləmələrlə keçirilən aclıq aksiyası "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədi daşıyır. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan.Fətullayev martın 26-dan aclıq edir. O, həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını, özünün işinə yenidən baxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.

Süleymanova bildirib ki, o, Fətullayevin aclığı dayandırması üçün müraciət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti