...

Gürcüstan "Milli Hərəkatı"nın seçki siyahısında səkkiz milli azlıq nümayəndəsi var

Cəmiyyət Materials 23 Aprel 2008 19:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 aprel / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanın hakim Vahid Milli Hərakat Partiyasının seçki siyahısında Gürcüstanda yaşayan milli azlıqların səkkiz nümayəndəsinin də adları var.

"Milli Hərəkat" qarşıdan gələn parlament seçkilərinə 194 nəfərlik siyahı ilə qatılacaq ki, bura etnik mənşəli dörd nəfər azərbaycanlı və dörd nəfər erməni Gürcüstan vətəndaşları da daxildir.

Azərbaycanlılar hakim partiyanın proporsional siyahısında yer alıblar: 29-cu Ramin Bayramov, 50-ci İsfahan Şamilov, 64-cü Elşən Həsənov, 140-cı Azər Süleymanov.

Bu gün Azərbaycan mətbuatında yayılan "Qeyrət" Azərbaycan Xalq Hərəkatının məlumatında deyilir ki, Gürcüstan azərbaycanlıları hakim partiyanın siyahısında onlara son yerlərin təqdim olunmasına etiraz olaraq Gürcüstanın parlament seçkilərində iştirak etməkdən imtina ediblər.

Maraqlıdır ki, Xristian-demokrat Hərəkatının partiya siyahısında Gürcüstan azərbaycanlıları Konqresinin üzvü Fazil Əliyev 10-cu, "Bizim Gürcüstan" Partiyasının lideri Əli Babayev isə müxalifət respublika partiyasının siyahısında 16-cı yeri tutur.

Xəbər lenti

Xəbər lenti