...

Həbsdə olan Azərbaycan jurnalistləri pul mükafatı alıblar

Cəmiyyət Materials 24 Aprel 2008 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir M.Əliyev/ Amerikanın tanınmış hüquq -müdafiə təşkilatı "Human Rights Watch" həbsdə olan Azərbaycan jurnalistlərini mükafatlandırıb.

Azərbaycanda üç jurnalst - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin əməkdaş Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Xellman adına qrant-pul mükafatı alıblar, təşkilatın cümə axşamı yayılmış məlumatında bildirilib.

"Biz ümid edirik ki, jurnalistlərə qrantın verilməsi onların taleyinə, qeyd-şərtsiz və dərhal azad olunmasının vacibliyinə diqqət çəkəcək" - deyə "Human Rights Watch" təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Xolli Kartner vurğulayıb.

Xellman qrantları hər il jurnalistlərə təqdim olunur. Proqram 1989-cu ildə Amerika dramaturqu Lilian Xellmanın öz əmlakını məhdud maddi vəziyyətə malik jurnalistlərə yardım üçün vəsiyyət etməsindən sonra başlayıb. Bu il qrant 19 ölkədən 34 nəfərə, eləcə də üç azərbaycanlı jurnalistə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti