...

ATƏT Azərbaycan mətbuatını prezident seçkilərində tərəfsiz məlumat yaymağa çağırıb

Cəmiyyət Materials 25 Aprel 2008 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir S.İlhamqız/ ATƏT-in Bakı ofisi Azərbaycanın media qurumlarını qarşıdan gələn prezident seçkisi ilə əlaqədar əməkdaşdığa çağırır. Bu barədə ATƏT-in Bakıdakı səfiri Xose Luis Herrero cümə günü media nümayəndələri üçün keçirilən seminarda açıqlama verib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Herrero bildirib ki, seçkilərin demokratik keçirilməsi üçün medianın da üzərinə böyük öhdəlik düşür və bu işdə KİV mühüm rol oynayır. O bildirib ki, media seçkidə dəqiq, peşəkarcasına, tərəfsiz məlumatlar yaymalı, birtərəfli təbliğata yol verməməli, sırf hadisənin özünü əhaliyə çatdırmalıdır. "Əhali isə kimə üstünlük verəcəyinə dair artıq özü seçim etməlidir", ATƏT rəsmisi əlavə edib.

Herrero onu da qeyd edib ki, builki prezident seçkisinin demokratik keçirilməsi Azərbaycanın həm daxili, həm də xarici siyasəti üçün çox vacibdir.

Xəbər lenti

Xəbər lenti