...

Bugünkü mahnıları aranjemançılar yazır-bəstəkar Eldar Mansurov

Cəmiyyət Materials 11 İyun 2008 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /TrendLife müx. Nigar Musayeva/

Eldar Mansurov hesab edir ki, bugünkü gündə bəstəkarların yazdıqları bir çox mahnıları aranjemançılar təmamən dəyişdirirlər. Bəs görəsən bu mahnılar necə yaranır? "Bəstəkar istər istedadlı istərsə də adi olsun mahnını yazır, sonra ifaçı mahnını aranjemançıya aparır, o, da mahnını özünküləşdirir", -deyən bəstəkar belələrini tənqid edib. O, hesab edir ki, belə mahnılar nadir hallarda hitə çevrilir. Problem ondan ibarət deyil ki, bəstəkar pis mahnı yazır. Sadəcə olaraq tamaşaçılar, tele- və radiokanallar aranjemanla başlarını həddən artıq qatıb, bəstəkar işlərinə maraqlarını itiriblər.

Xəbər lenti

Xəbər lenti