...

Azərbaycan futbolunda legioner limitinin ləğvinin nə ilə nəticələnəcəyini zaman göstərəcək – ukraynalı məşqçi

Cəmiyyət Materials 20 İyun 2008 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında legioner limitinin ləğv olunmasının nə ilə nəticələnəcəyini zaman göstərəcək. "İndidən bu barədə qəti nəsə demək olmaz. Legioner limitinin ləğv olunmasının Azərbaycan futbolunda hansı nəticələrə səbəb olacağını zaman göstərəcək", cümə günü Trend -un keçirdiyi mətbuat konfransında iştirak edən "Neftçi" futbol klubunun ukraynalı baş məşqçisi Anatoli Demyanenko deyib.

Legioner limitinin ləğv olunacağı ilə bağlı xəbəri bir neçə gün əvvəl Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti Rauf Əliyev verib. Azərbaycanın futbol üzrə sonuncu mövsümündə klublara oyun vaxtı yeddi legionerin xidmətindən istifadə etməyə icazə verilirdi.

Mətbuat konfransında iştirak edən "Neftçi"nin yeni vitse-prezidenti İlqar Quluzadə isə bildirib ki, legioner limitinin ləğv olunması üçün klubların da razılığı olub. "Mən bu barədə ətraflı nəsə deyə bilmərəm. Amma bilirəm ki, legioner limitinin ləğv olunması üçün klubların da razılığı əldə olunub. Hər halda, bu addımın nə ilə nəticələnəcəyini gözləməliyik", - deyə Quluzadə əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti