...

Azərbaycanın "Bakı" klubunun rəhbərliyi məşhur türkiyəli futbolçunun transferində tərəddüd edir – baş menecer

Cəmiyyət Materials 29 Dekabr 2008 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dеkаbr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" klubunun rəhbərliyi məşhur türkiyəli futbolçu Tümər Mətinin transferində tərəddüd edir.

"Tümər Mətin bir az şıltaq futbolçudur. Azərbaycanda standartlara cavab verən  yeganə stadion bizim ev oyunlarını kecirdiyimiz Tofiq Bəhramov adına Respublika stadionudur. Premyer - Liqanın ikinci dovrəsində oyunlarımızın əksərini - 8 görüşü səfərdə keçirəcəyik. Mətinin belə stadionlarda oynayacağını dəqiq bilmirik", - Trend -a "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov deyib.

Türkiyə yığma komandasının keçmiş üzvü Mətin daha çox "Beşiktaş" klubundakı çıxışı ilə tanınıb.

Məmmədov bildirib ki, "Bakı" klubunun türkiyəki futbolçunu icarəyə götürməsi daha inandırıcıdır.

"Tümər Mətin nə qədər tanınmış futbolçu olsa da, biz ona istədiyi məbləğlə verib, bir illik müqavilə bağlamaq fikrində deyilik. O, "Bakı"ya gəlsə, icarə əsasında gələcək", -  deyə baş menecer əlavə edib.

Bir neçə il əvvəl Azərbaycanın "Xəzər - Lənkəran" klubunda Türkiyənin daha bir məşhur futbolçusu - Oktay Dərəlioğlu çıxış edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti