...

Beynəlxalq ictimaiyyətin diqqətinin ermənilərin 1918-ci ildə Bakıda törətdiyi soyqırım faktına cəlb olunması çox vacibdir – Azərbaycan parlamentinin komissiya sədri

Cəmiyyət Materials 30 Mart 2009 15:49 (UTC +04:00)
Beynəlxalq ictimaiyyətin diqqətinin ermənilərin 1918-ci ildə Bakıda törətdiyi soyqırım faktına cəlb olunması çox vacibdir – Azərbaycan parlamentinin komissiya sədri

Azərbaycan, Bаkı, 30 mart / Trend , müxbir A.Hüseynbala /  

Beynəlxalq ictimaiyyətin diqqətinin ermənilərin 1918-ci il martın 31-də Azərbaycanın paytaxtı Bakıda törətdiyi soyqırım faktına cəlb olunması çox vacibdir, - bazar ertəsi Trend -a Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

"Bunun üçün beynəlxalq hüquq normalarının tətbiqinə ciddi ehtiyac var. Amma təəssüf ki, beynəlxalq hüquq prinsiplərini rəhbər tutduqlarını iddia edən təşkilatlar soyqırım faktına biganə yanaşırlar", - Aslanova deyib.

Trend -un arayışı: Azərbaycanda martın 31-i Azərbaycanlıların Soyqırımı Günü qeyd edilir.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olunublar.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixinin XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xulyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Aslanovanın sözlərinə görə, soyqırımla bağlı ayrı-ayrı beynəlxalq təşkilatlarda müzakirələr aparılsa da, cox mühüm işlər görülsə də bunlar yetərincə deyil.

"Çünki bu gün dünyada soyqırıma düzgün və dəqiq qiymət verilməsi də istədiyimiz səviyyədə deyil", - millət vəkili əlavə edib.

Komissiya sədri deyib ki, soyqırımla bağlı elə təbliğat aparmalıyıq ki, ermənilərin Bakıda törətdiyi vəhşilikləri dünya ölkələri parlamentlərinin müzakirəsinə çıxarılmasına nail ola bilək. "Bizim bu gün ən vacib işimiz ayrı-ayrı dövlətlərin qanunverici orqanlarına dostluq qrupları vasitəsilə məsələnin əsl mahiyyətini çatdırmaqdır", - Aslanova vurğulayıb.

Millət vəkilinin fikrincə, çoxlu saytların yaradılması, beynəlxalq təşkilatlara, Avropanın və dünyanın aparıcı ölkələrinin parlamentlərinə çoxsaylı məktubların yazılması vasitəsilə də soyqırımla bağlı real faktları çatdırmaq mümkündür. "Bundan əlavə, erməni vəhşilyi ilə bağlı yazılan kitabları və digər sənədləri müxtəlif dillərə tərcümə etmək də vacibdir", - komissiya sədri deyib.      

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti