...

Azərbaycan və Almaniya Arxeologiya İnstitutları müqavilə imzalayacaqlar

Cəmiyyət Materials 1 Aprel 2009 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir N.Abdullayeva /

Bakıda çərşənbə günü başlayan "Azərbaycan Şərq və Qərb arasında körpü" beynəlxalq arxeologiya konfransının nəticələrinə əsasən, Azərbaycan və Almaniya Arxeologiya İnstitutları arasında müqavilə imzalanacaq. Kofrans işini sabah davam etdirəcək.

Konfransda AMEA-nın prezidenti Mahmud Kərimov, Azərbaycan Arxeologiya İnstitutunun direktoru Maisə Rəhimova, Almaniyanın Azərbaycandakı səfiri Per Stankina, Almaniya xarici işlər nazirinin müavini Gernot Erler çıxış ediblər.

Konfrans Azərbaycan Arxeologiya İnstitutu və Almaniya səfirliyi tərəfindən birgə hazırlanıb.

Almaniya xarici işlər naziri müavini Erler martın 31-dən 3- dək ölkəmizdə səfərdədir. Səfər çərçivəsində Erler Milli Məclisin spikeri Oqtay Əsədov, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və müxalifət partiyaları nümayəndələri ilə görüşlər keçirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti