...

Azərbaycanın Mətbuat Şurası 1967 peşə etikası pozuntusu aşkar edib

Cəmiyyət Materials 9 Aprel 2009 14:08 (UTC +04:00)

Azərbaycan, Bаkı, 09 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın Mətbuat Şurasının mart ayında apardığı monitorinq nəticəsində 1967 peşə etikası pozuntusu aşkarlanıb.

"Monitorinq 57 kütləvi informasiya vasitəsində aparılıb. Pozuntuların 188-i şərəf və ləyaqətin, şəxsi həyatın toxunulmazlığı faktı üzrə olub", - cümə axşamı keçirilən mətbuat konfransında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20-i informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Amaşovun sözlərinə görə, monitorinqin məqsədi Azərabycan mətbuatında gedən prosesləri izləyib, qüsurları aşkarlamaq, əldə olunan nəticələri ictimaiyyətin nəzərinə çatdırmaqla jurnalistlərin peşə fəaliyyətində dönüş yaratmaqdır. "Biz istəyirik ki, jurnalistlər yol verdikləri neqativ cəhətləri aradan qaldırsınlar və yüksək peşəkarlıq əldə etsinlər", - Şura sədri əlavə edib.

Mətbuat Şurası "Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi" layihəsini ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin maliyyə dəstəyi ilə həyata keçirir.

Şuarnın fevral ayında apardığı monitorinq zamanı 2545 peşə etikası pozuntusu aşkarlanmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti