...

Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri barəsində həbs-qətimkan tədbiri iki ay uzadılıb

Cəmiyyət Materials 18 May 2009 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir K.Zərbaliyeva /

Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) sədri Daşqın Gülməmmədov barəsində seçilmiş həbs-qətimkan tədbiri daha iki ay müddətinə uzadılıb, bazar ertəsi Trend -a Səbail rayon prokurorunun müavini Elçin Sultanov məlumat verib. 

"Hazırda cinayət işi ilə bağlı istintaq hərəkətləri davam etdirilir. Hazırkı mərhələdə yeni ittihamlar irəli sürülməyib. İstintaq müddəti başa çatdıqdan sonra cinayət işi baxılması üçün Səbail rayon məhkəməsinə göndəriləcək", - deyə Sultanov bildirib.

GAMA-nın rəhbəri Daşqın Gülməmmədov bu ilin martında Bakıda saxlanılıb, barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Gürcüstan Azərbaycanlıları Milli Assambleyası 2001-ci ildə yaradılıb.  GAMA Gürcüstan iqtidarına qarşı müxalifətdə olan ictimai-siyasi təşkilatdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti